BMT TŞ-sı “Şimal axını”nda təxribatla bağlı Rusiya-Çin qətnaməsini rədd edib

DÜNYA 28.03.2023 1184

BMT Təhlükəsizlik Şurası “Şimal axını”nda təxribatla bağlı Rusiya-Çin qətnaməsini rədd edib.

"Saat24.az" xəbər verir ki, sənədi üç ölkə - Rusiya, Çin və Braziliya dəstəkləyib, heç kim əleyhinə səs verməyib, daha 12 dövlət bitərəf qalıb.

Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya da qaz kəmərləri ilə bağlı insidentlərin araşdırılması üçün BMT komissiyasının yaradılmasının zəruriliyi ilə bağlı qətnamənin birgə təşəbbüskarı olub. Lakin onlar Təhlükəsizlik Şurasının üzvü deyillər və səsvermədə iştirak etməyiblər.

ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bildirib ki, Almaniya, Danimarka və İsveçin araşdırmalarının nəticələrini gözləmək lazımdır. “Onların səlahiyyətli hərəkətləri qərəzsiz, hərtərəfli və şəffaf şəkildə həyata keçirilir. Onların bitməsinə icazə verməliyik. Ona görə də biz qətnamə layihəsini dəstəkləmədik və səsvermədə bitərəf qaldıq”, - Vud bildirib. Onun sözlərinə görə, ABŞ-ın baş verənlərlə heç bir əlaqəsi yoxdur.

Rusiyanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya Berlin, Kopenhagen və Stokholmun aralıq nəticələrinin şəffaflığını şübhə altına alıb. Çin nümayəndəsinin müavini qəbul olunmamış qətnamədən təəssüfləndiyini bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top