İndoneziya sahillərində zəlzələ oldu

Sadə xəbər
DÜNYA 18.03.2023 2249

İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

"Saat24.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərdən çox əhalisi olan Yoqyakarta şəhərindən 140 km cənub-qərbdə yerləşib. Mənbə 58 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsi elan olunmayıb.

XƏBƏR LENTİ
12.05.2025 2235

DİGƏR XƏBƏRLƏR

Loading
Top