Polşalı nazirin belindəki silahla şəkli təndiq olundu

DÜNYA 15.03.2023 2051

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro ölkə daxilində rəsmi səfərdə olarkən belində silahla görüntülənib.

"Saat24.az" xəbər verir ki,  Ziobronun Polşada mədən qəzasında həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyarkən belindəki "Glock" markalı silah görüntülərdə əks olunub.

Foto sosial mediada  geniş yayılıb və izləyicilər tərəfindən tənqid edilib. Bundan sonra mövzu ilə bağlı açıqlama verən Ziobro, illər əvvəl bir cinayət təşkilatı liderinin onu təhdid etdiyi üçün silah lisenziyası aldığını bildirib:

“Hər bir vətəndaş kimi mənim də özümü və ailəmi qorumaq hüququm var”.

Ziobronu dəstəkləyən Baş nazir Mateuş Moravetski də Ziobronun hər bir vətəndaş kimi silah ala biləcəyini söyləyib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top