Məşhur aktyor sağalmaz xəstəliyə tutulub

DÜNYA 17.02.2023 1386

Məşhur amerikalı aktyor Brüs Uillisin demans xəstəliyinə tutulduğu açıqlanıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Uillisin ailəsi sosial mediada açıqlama yayıb. 

Bildirilir ki, 67 yaşlı aktyor müalicəsi olmayan xəstəliyə tutulub. 

"Bu xəstəliyin müalicəsi yoxdur. Ümid edirik ki, bu reallıq yaxın illərdə dəyişə bilər. Brüsun vəziyyəti irəlilədikcə, medianın diqqətini daha çox məlumatlılıq və araşdırma tələb edən bu xəstəliyə işıq salmağa yönəldəcəyinə ümid edirik", - bəyanatda deyilir.

Amerikalı aktyorun buna görə 2022-ci ilin martında aktyorluğu tərk etdiyi açıqlanıb.

1970-ci illərin sonlarında "Broadway"də aktyorluğa başlayan Uillis yarım əsrlik karyerası boyunca "Moonlight", "Pulp Fiction" və "Die Hard" kimi onlarla görkəmli filmdə rol alıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top