Zaxarova Moldova Prezidentinin iddialarını əsassız adlandırdı

DÜNYA 14.02.2023 1210

"Ukrayna Moldovanı Rusiya ilə sərt qarşıdurmaya cəlb etməyə çalışır"

Saat24.az  gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova Prezidentinin "Rusiya Moldovada dövlət çevrilişi planlaşdırır" bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür iddialar tamamilə əsassız və sübutsuzdur.  Onlar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik texnikalar ruhunda qurulur. Əvvəlcə yoxlanılması mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittiham edirlər, sonra isə öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edirlər. Aydındır ki, “Rusiyanın Moldovada sabitliyi pozmaq planı” ilə bağlı dezinformasiyaya başlayan Kiyevin əsl məqsədi Kişinyovu Rusiya ilə sərt qarşıdurmaya çəkməkdir.

Zaxarova onu da əlavə edib ki, Moldovanın özündə çoxları ölkə prezidentinin bəyanatını etimadsızlıq və çaşqınlıqla qarşılayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top