Rusiyada dəmir yolunu partlatmaq istəyən ukraynalılar saxlanıldı

DÜNYA 01.02.2023 2625

Rusiyanın Sverdlovsk vilayətində pul müqabilində dəmir yolu infrastrukturunda terror aktları təşkil edən üç ukraynalı agenti saxlamaq mümkün olub.

"Saat24.az" "RİA Novosti"yə istinadən xəbər verir  ki, bunu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. 

"Sverdlovsk vilayətində dəmir yolu infrastrukturu obyektlərində terror aktlarının pul mükafatı müqabilində hazırlanmasında və törədilməsində iştirak edən üç Ukrayna vətəndaşı saxlanılıb...", - Rusiya departamentindən bildirilib.

Axtarışlar zamanı şübhəlilərdən “cinayət törətmək üçün alətlər”in götürüldüyü izah edilir.Həmçinin, şübhəlilərdən Sverdlovsk dəmir yolunun obyektlərinin yerləşdiyi elektron sxemlər tapılıb.

FSB əlavə edib ki, faktla bağlı “terror aktı” və “terror fəaliyyətinə yardım” maddələri ilə cinayət işi açılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top