Yunanıstan polisi külli miqdarda silah aşkar etdi

DÜNYA 28.12.2022 1456

Yunanıstanın şimalında polis 14 şübhəlini nəzarətə götürüb. Ondan çox ev və obyektə edilən reydlər nəticəsində onlarla sənədsiz silah aşkar edilib.

Çərşənbə axşamı verilən məlumata görə, Florina şəhərinin müxtəlif bölgələrində 14 evdə və anbarda aparılan axtarışlar nəticəsində 2 pulemyot, 14 avtomat, 19 tapança, 17 ov tüfəngi, 10 revolver, 8 süngü və eyni sayda qumbara müsadirə edilib.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 8,8 kiloqram barıt, 3240 patron, elektroşok, və bibər qazı, habelə digər qaçaqmalçılıq məhsulları tapılıb.

Reyd yalnız 44-77 yaş arasında olan Yunanıstan vətəndaşları olduğu müəyyən edilən şübhəlilərin fəaliyyəti ilə bağlı bir ay davam edən araşdırmadan sonra həyata keçirilib. Şübhəlilərin bir-biri ilə əlaqəli olub-olmaması dəqiqləşdirilməyib.

Onlar gömrük qaydalarının pozulması da daxil olmaqla çoxsaylı ittihamlarla üzləşiblər.

Mənbə: eurointegration.com.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top