ABŞ Dövlət Departamenti: “Rusiya ordusu ciddi sursat çatışmazlığı ilə üzləşib”

DÜNYA 21.12.2022 1312

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Rusiyanın Ukraynaya hücumu bərpa etmək üçün kifayət qədər sursata malik olmadığını bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu ciddi döyüş sursatı çatışmazlığı yaşayır ki, bu da müharibənin cəbhə xəttində böyük problemdir.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Rusiya qüvvələrinin artıq fevral ayında yeni hücuma başlaya biləcəyini bildirib.

Qeyd olunur ki, hazırda Ukraynaya qarşı müharibədə yeni hücuma keçməklə bağlı Rusiya siyasi və hərbi rəhbərliyində fikir ayrılıqları mövcuddur.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top