Argentina millisinin oyunçuları qələbə paradından helikopterlə təxliyə edildilər - YENİLƏNİB + VİDEO

DÜNYA 21.12.2022 1498

Qətərdə keçirilən dünya çempionatından vətənə qayıdan Argentina millisinin futbolçuları Buenos-Ayres küçələrindən helikopterlə təxliyə ediliblər.

Komandanın qələbə paradı Argentina paytaxtının mərkəzində planlaşdırılıb, lakin şəhərin küçələrinə həddən artıq çox insan - təxminən 3-4 milyon azarkeş çıxıb.

Buenos-Ayresdə nəqliyyatın hərəkəti tamamilə iflic olub.

Hakimiyyət təhlükəsizliyi əsas gətirərək oyunçuları helikopterlərə mindirmək və mərasimin təntənəli hissəsini ləğv etmək qərarına gəlib.

23:45

Qətərdə keçirilən dünya çempionatında qalib gələrək ölkəyə qayıdan Argentina milli komandasının oyunçuları ilə görüşmək üçün 3-4 milyon insan Buenos-Ayres küçələrinə çıxıb.

Sıxlıq səbəbindən artıq iki nəfərin öldüyü bildirilib.

Yığma komanda Argentina paytaxtının əsas simvolu olan daş abidənin yanından keçib.

Qeyd edək ki, dekabrın 18-də Argentina millisi DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edərək (3:3, penaltilər seriyasında 4:2) üçüncü dəfə kuboku qazanıb.

Bu hadisənin şərəfinə prezident Alberto Fernandes dekabrın 20-nin ölkədə istirahət günü elan edilməsi haqqında fərman imzalayıb.

Mənbə: sport.express.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top