Rusiyada yüzlərlə insan Türkiyəyə uça bilmir – VİDEO

DÜNYA 19.12.2022 1464

Rusiyanın Vnukovo hava limanında problemlər yaşanır. Yüzlərlə insan bütün gecəni uçuşu gözləməli olub, daha sonra sərnişinlər təyyarədən endirilib.

Türk Hava Yollarına məxsus təyyarə dekabrın 18-i gecə saatlarında Türkiyəyə yola düşməli idi. Lakin sərnişinlər yalnız səhər saat yeddidə göyərtəyə buraxılıb.

Turistlər iki saat salonda uçuşu gözlədikdən sonra heç bir izahat verilmədən təyyaarədən düşürülüb və “təmiz zonaya” aparılıb.

Türk Hava Yolları sərnişinlərinin bildirdiyinə görə, onlarla başqa reyslərdən olan insanlar da oraya göndərilib və bununla da 400-ə yaxın şəxsin toplaşdığı izdiham yaranıb.

Eyni zamanda, aviaşirkətin və hava limanının nümayəndələri gecikmələrin səbəbinin nə olduğunu izah etməyiblər. Turistlərə yalnız yemək kuponu verilib və ekipajın on saat dincəlməsi lazım olduğu bildirilib. 

Qeyd edək ki, bu, bir həftə ərzində Vnukovoda baş verən ikinci belə haldır. Dekabrın 15-də Misirə getməyi planlaşdıran minə yaxın insan uça bilməyib. Sonra marşrutun keçdiyi İordaniyanın Rusiya təyyarələri üçün səmanı bağlaması barədə məlumat yayılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top