İsveçdə zooparkdan qaçan şimpanzeləri güllələdilər - FOTO/VİDEO

DÜNYA 18.12.2022 1167

İsveçdə Furuvik zooparkından qaçan 4 şimpanze güllələnib.

Bu barədə zooparkın direktoru Sandra Uilke xəbər verib.

Onun sözlərinə görə, meymunlar həm parkda, həm də parkdan kənarda insanlar üçün ciddi təhlükə yarada bilərdi.

“Meymunlarımız çölə çıxa bilirlər. Onda bu kritik vəziyyətdir və sonra öldürmək məqsədiylə güllələməkdən başqa çarə qalmır... Baş verənlər faciədir. Bütün bu vəziyyət bizi son dərəcə kədərləndirdi və bu, bizim tərəfimizdən ciddi uğursuzluqdur”, - deyə Uilke bildirib.

Hazırda zooparkda üç şimpanzenin qaldığı bildirilir.

 






Mənbə: Expressen

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top