Pakistanın baş naziri Türkiyəyə iki günlük səfər edəcək

DÜNYA 25.11.2022 1296

Pakistanın baş naziri Şahbaz Şərif noyabrın 25-də Türkiyəyə iki günlük rəsmi səfərə yola düşəcək.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Pakistanın baş naziri səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Liderlər ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparacaq, regiondakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər”, - məlumatda bildirilib.

Pakistanın Baş nazirinin Türkiyənin işgüzar dairələrinin nümayəndələri və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının prezidenti Yalçın Yüksellə də görüşü nəzərdə tutulub.

Mənbə: TASS

XƏBƏR LENTİ
17.04.2024 3184

DİGƏR XƏBƏRLƏR

Loading
Top