Rusiya qoşunlarını hazırlıq vəziyyətinə gətirir: Sərhəddə “gərginləşmə”ni gözləyir

DÜNYA 25.11.2022 1204

Rusiya öz qoşunlarını Rusiya-Ukrayna sərhədində “gərginləşmə”yə hazırlayır.

Rusiya tərəfi bununla bağlı yaydığı informasiyada bildirir ki, bu, guya noyabrın 23-dən 28-ə kimi baş verəcək.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov brifinq zamanı bildirib.

“Düşmən məlumat yayır ki, noyabrın 23-dən 28-dək Rusiya-Ukrayna sərhədində “vəziyyət gərginləşəcək” və buna görə də öz qoşunlarını hazırlıq vəziyyətinə gətirir. Eyni zamanda onlar gözləyir ki, guya “NATO və Ukrayna sülhsevər Belarus və Rusiya sərhədlərinin ələ keçirilməsini tələb edəcək”, - deyə Qromov qeyd edib.

Qromov bunun bu ilin sentyabrında belarusların keçirdiyi təlim ssenarilərini xatırlatdığına diqqət çəkib.

“Bu deyilənlər fonunda Belqorod vilayətindəki Rusiya qoşunları “Ukrayna təxribat-kəşfiyyat qrupları”nın qarşısını almaq üçün mina sahəsi quraşdırmalıdırlar. Bunu nəzərə alsaq, sərhəddə Rusiyanın təxribat törədə biləcəyini demək olar”, - deyə Qromov əlavə edib.

Mənbə: Rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top