Rusiyada səkkiz yaşlı uşaq sükan arxasına keçib iki maşını vurdu - VIDEO

Sadə xəbər
DÜNYA 24.11.2022 1253

Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində səkkiz yaşlı uşaq yol-nəqliyyat hadisənin səbəbkarı olub.

Belə ki, azyaşlı atasına məxsus “Ford Transit” markalı park edilmiş avtomobili işə salıb və binanın həyətində sürməyə başlayıb. Bu zaman o, idarəetməni itirərək dayanmış iki avtomobillə toqquşub.

Hadisə şahidi avtomobili uşağın idarə etdiyini gördükdə polisə məlumat verib. Dərhal polis əməkdaşları əraziyə gəliblər.

Onlar uşağı atası ilə birlikdə yetkinlik yaşına çatmayanlar şöbəsinə aparıblar.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top