İsveçin Ankaradakı səfiri XİN-ə çağırıldı

DÜNYA 22.11.2022 1203

İsveçin Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə PKK-ya bağlı ünsürlər tərəfindən 21 noyabr 2022-ci il tarixində Türkiyənin Stokholmdakı Səfirliyinin dəftərxana binası üzərinə terror təşkilatının təbliğatı, Prezident Ərdoğana qarşı təhqiramiz ifadələr və fotoşəkillərin proyeksiya edilməsini pislənilib. Nazirlik isveçli səfridən hadisənin araşdırılmasını tələb edib.

Həmçinin, bu qəbuledilməz aktın günahkarlarının müəyyən edilməsi, üçlü memorandumda qeyd olunan öhdəliklər fonunda lazımi tədbirlərin görülməsi və konkret addımların atılması ilə bağlı gözləntilər vurğulanıb.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top