Yaponiyada qalmaqallara görə daha bir nazir işdən çıxarılacaq

DÜNYA 20.11.2022 1538

Yaponiyanın baş naziri Fumio Kişida ölkənin inzibati işlər və kommunikasiyalar naziri Minoru Teradanı vəzifəsindən azad etmək niyyətindədir.

Buna səbəb Terada ilə bağlı bir sıra qalmaqallar olub. Onlar Yaponiyanın seçki qanunvericiliyinin pozulması ilə bağlıdır.

Ölkə mətbuatı Teradanın tərəfdarlarının 2021-ci ildə keçirilən parlament seçkiləri zamanı onun 1 milyon yen (təxminən 7 min dollar) məbləğində xərclərini ödədiyini yazıb. Nazir özü isə rəsmi hesabatında bildirib ki, həmin xərcləri özü ödəyib.

Bundan başqa, onun yerli qanunvericilik məclislərinin deputatlarına qanunsuz pul köçürmələri etdiyi məlum olub.

Qeyd edilib ki, nazirin Yaponiyada fırıldaqçılıqda ittiham olunan mübahisəli Birləşmə Kilsəsi ilə də əlaqələri var.

Xatırladaq ki, Terada son bir ayda Yaponiya hökumətindən uzaqlaşdırılan sayca üçüncü nazirdir.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top