Berlin Zooparkı quş qripinə görə gözlənilmədən bağlandı

DÜNYA 19.11.2022 1199

Berlin Zooparkı gözlənilmədən qapılarını ziyarətçilərin üzünə bağlayıb.

Buna səbəb həftənin əvvəlində ölən bir quşa quş qripi diaqnozunun qoyulması olub.

2019-cu ildə 3,7 milyondan çox qonaq qəbul edən zoopark ziyarətçilərin üzünə nə vaxt açılacağı barədə məlumat verməyib.

“Biz dərhal genişmiqyaslı karantin tədbirlərinə başladıq. Demək olar ki, bütün quşlar, o cümlədən pinqvinlərimiz arxa qəfəslərə və ya tövlələrə köçürüldü”, - deyə Berlin zooparkın, eləcə də Tierpark zooparkının zooloji direktoru Kristian Kern bildirib.

Kern əlavə edib ki, digər quşlarda xəstəliyin müvafiq əlamətləri müşahidə edilmir, lakin onlar yenə də quş qripi üçün testlərdən keçiriləcək.

Həmçinin məlumatda bildirilir ki, quş qripinin digər populyasiyalara yoluxması riskinin qarşısını almaq üçün bütün zoopark ziyarətçilər üçün bağlanıb və işçilər qoruyucu geyim geyinirlər.

Mənbə: “Reuters”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top