Rusiyada faciə: Beşi uşaq olmaqla yeddi nəfər yanaraq öldü

DÜNYA 18.11.2022 1540

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak rayonunda baş verən yanğında beşi uşaq olmaqla yeddi nəfər həlak olub.

Yanğın iki mənzilli, kərpicdən tikilmiş yaşayış evində baş verib.

Yanğının söndürülməsi zamanı biri kişi, biri qadın və beşi uşaq olmaqla yeddi nəfərin meyiti tapılıb.

Yanğın baş verən mənzildə yeddi uşaqlı ailə yaşayıb. Uşaqlardan dördü övladlığa götürülübmüş.

Ailə başçısı ən kiçik uşaqları - beş yaşlı əkiz oğlanları xilas edə bilib. Bu zaman o özü həlak olub.

Hadisə yerinə 62 canlı qüvvə və 25 texnika cəlb olunub. Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Yanğın zamanı bir neçə nəfər xəsarət alıb, onlar tibb müəssisəsinə aparılıblar.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top