Almaniya Moldovaya 40 milyon avro bağışlayacaq

Sadə xəbər
DÜNYA 18.11.2022 1233

Moldovanın əmək və əhalinin sosial müdafiəsi naziri Marsel Spatar Almaniyanın vətəndaşlara təzminat ödəmək üçün Moldovaya 40 milyon avro bağışlayacağını bildirib.

Qurum rəsmisinin sözlərinə görə, pul sabah köçürüləcək.

Eyni zamanda, Spatar qeyd edib ki, qrantın alınması Moldovada enerji zəifliyinin azaldılması fondunun və məqsədyönlü kompensasiya mexanizminin yaradılması ilə bağlıdır.

Həmçinin, Spatarın sözlərinə görə, Almaniya qrantı noyabrda nəzərdə tutulan kompensasiyanın 90%-ni əhatə edəcək.

Xatırladaq ki, Aİ noyabrda enerji böhranından çıxmaq üçün Moldovaya 200 milyon avro yardım edəcəyini açıqlamışdı.

Mənbə: eurointegration.com.ua

XƏBƏR LENTİ
17.05.2025 3213

DİGƏR XƏBƏRLƏR

Loading
Top