MI-5 rəhbəri: “İran dəfələrlə Britaniyada yaşayan müxalifət üzvlərini qaçırmaq və ya öldürməyə cəhd edib”

DÜNYA 17.11.2022 1240

İran hakimiyyəti Britaniyada yaşayan və Tehranı tənqid edən şəxsləri oğurlamaq və ya öldürmək üçün azı 10 cəhd edib.

Bu barədə Britaniyanın Mİ-5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum bildirib.

Onun sözlərinə görə, İranın kəşfiyyat xidmətləri rejimin düşmənləri hesab edilən ingilisləri və ya Böyük Britaniyada yaşayan iranlıları qaçırmaq və hətta öldürmək istəyib.

Mİ5-in Londondakı qərargahında çıxış edən Makkallum əlavə edib ki, bu cür hərəkətlər birbaşa Böyük Britaniyanın özünə təhlükə yaradır.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top