Vahid Əhmədovdan TƏKLİF: “Fransa Senatının qətnaməsi ilə bağlı işçi qrup yaradaq”

CƏMİYYƏT 16.11.2022 1208

“Fransa Senatının məlum qətnaməsi ilə bağlı Milli Məclisdə işçi qrup yaradılmalıdır”. 

Saat24.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında deputat Vahid Əhmədov belə təkliflə çıxış edib.

O bildirib ki, işçi qrup Fransa Senatının qətnaməsinə cavab hazırlamalı və Milli Məclis adından bəyanat verilməlidir. 

“Biz buna qiymət verməliyik və Fransa Senatının qərarını pisləməliyik”, - deyə Vahid Əhmədov əlavə edib. 

Bildirək ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul olunub. 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, həmin qətnamı tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir, açıq təxribat xarakteri daşıyır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top