Ekofəallar Vyana muzeyində “Ölüm və həyat”ı neftlə “çirkləndirdilər” - VİDEO

DÜNYA 16.11.2022 1114

Letzte Generation ətraf mühit hərəkatının iki fəalı avstriyalı rəssam Qustav Klimtin (1862-1918)  Vyanadakı Leopold Muzeyində sərgilənən “Ölüm və həyat” (“Tod və Leben”) tablosunun üzərinə  neft töküblər.

Bu barədə hərəkatın “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

“Adamlarımız bu gün Leopold Muzeyində Klimtin “Ölüm və həyat” tablosunun üzərinə neft tökdü. Yeni neft və qaz quyuları bəşəriyyət üçün ölüm hökmüdür”, - deyə ekoloji fəallar qeyd ediblər.

Fəallar hadisənin videosunu da paylaşıblar. Videoda onlardan birinin tablonun qoruyucu şüşəsinə kanistrdən neft tökdüyü, digərinin isə özünü kətana yapışdırdığı əks olunub.

Aksiya iştirakçıları muzeyin mühafizəsi tərəfindən saxlanılıb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top