İranda dörd məhkum edam edildi - FOTO

DÜNYA 15.11.2022 1132

“Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatının verdiyi məlumata istinadən xəbər verir ki, bununla yanaşı, Şiraz şəhərinin Adilabad zindanında da hələlik kimliyi dəqiqləşdirilə bilməyən daha bir məhkum edam olunub.

Narkotik maddələrin alverinə görə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib.

Bir müddət öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-7 oktyabr 2022-ci il tarixlərində İranda 528 nəfər edam edilib və bu rəqəm öncəki illə müqayisədə edam sayının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icrasını gözlədiyi qeyd olunub.

XƏBƏR LENTİ
20.04.2024 2058

DİGƏR XƏBƏRLƏR

Loading
Top