Pentaqondan Ukraynaya silah göndərilməsi barədə açıqlama

Sadə xəbər
DÜNYA 15.11.2022 1157

“ABŞ hakimiyyəti lazım olduğu müddətcə Ukraynaya hərbi yardım göstərməyə hazırdır”.

Bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi deyib.

ABŞ müdafiə departamentinin mətbuat xidmətinin məlumatına görə, rəsmi qeyd edib ki, Vaşinqtonda gözlənildiyi kimi, qışın gəlməsi ilə Ukraynada hərbi əməliyyatlar səngiyə bilər, lakin bu, Vaşinqtonun Kiyevə yardım planlarına təsir etməyəcək:

“Biz beynəlxalq müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə döyüş meydanında uğur qazanmaq üçün lazım olan hər şeyə sahib olmalarını təmin etmək məqsədilə onlarla işləməyə davam edəcəyik. Biz bunu nə qədər lazımdırsa, etməyə hazırıq”.

Onun sözlərinə görə, “hava hücumundan müdafiə sistemləri ukraynalılar üçün prioritet olaraq qalır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top