PAŞA Sığorta Fransada Qarabağı tərənnüm edən beynəlxalq layihəyə dəstək oldu! - FOTO

CƏMİYYƏT 15.11.2022 1032

PAŞA Sığorta “Şuşa İli” çərçivəsində Qarabağ mədəniyyətini, milli geyimlərini, mədəni irsini Avropaya tanıdan “Qarabağ incilərinin Avropa sədası” layihəsinə dəstək olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan “Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Fransanın paytaxtı Parisdə növbəti görüşlər baş tutub. 

2-3 noyabr tarixlərində baş tutan görüşlərdə deputat Andre Vilye, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, “Feminin Pluriel Global” prezidenti Alexandra Origet , Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, sabiq deputat Jerom Lamber ilə yanaşı PAŞA Sığorta ASC-nin İdarə heyətinin sədri Ülviyyə Cabbarova və şirkətin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Məruz Əzməmmədova da iştirak ediblər.

Layihənin tərkib hissəsindən biri olaraq 4 noyabr 2022-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində yerləşən Paris-Azərbaycan Evində “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi baş tutub.

Dəb sərgisinin açılışında çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında ətraflı məlumat verib.

Tədbirin açılışında çıxış edən Ülviyyə Cabbarova: “Sizinlə burada görüşməkdən, ölkəmizi, Qarabağımızı təmsil etməkdən fərəh hissi keçirdiyimi bildirmək istəyirəm. Bilirsiniz ki, Qarabağın hər bir azərbaycanlının könlündə xüsusi bir yeri var. Bu gün isə Fransada, modanın, dəbin mərkəzində Qarabağ incilərinin Avropa Sədası adlı sərginin təşkil olunmasında dəstəkçi olmaq bizim üçün olduqca xoşdur, eyni zamanda qürurvericidir”, - deyə öz çıxışında bildirib.

Qarabağda yaşamın dirçəlməsinə hər zaman öz dəstəyini göstərən “PAŞA Sığorta” doğma irsimizin, mədəniyyətimizin Avropada tanıdılmasına da öz töhfəsini verib.

Həyata keçirilən sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərlərini özündə təcəssüm etdirən Qarabağ kolleksiyasına aid hazırlanmış 16 geyim, eyni zamanda, hər bir geyimə uyğun çarıq, çanta, sırğa və s. aksesuarlar nümayiş olunub.

Nümayiş olunan geyimlərin hər biri Qarabağın bir guşəsinin – Şuşa, Qarabağ, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Layihənin son mərhələsində isə bu geyimlər Şuşada sərgilənəcək.

Layihənin tərkib hissəsi olaraq baş tutan digər görüşlərdə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb. Görüşlər zamanı rəsmilərə Azərbaycanı təmsil edən dəyərli hədiyyələr də təqdim edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 









XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top