Macarıstan Ukrayna hərbçilərinə təlim keçməkdən imtina etdi

DÜNYA 15.11.2022 1100

Macarıstan Ukrayna ordusuna təlim keçməyəcək və Aİ-nin müvafiq missiyasında iştirak etmək niyyətində deyil.

Bunu noyabrın 14-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Biz Ukrayna hərbçilərinin təlimində iştirak etmirik və bu missiyaya heç bir maliyyə vəsaiti ayırmırıq”, - deyə o, bəyan edib.

Nazir xatırladıb ki, Macarıstan hələ oktyabrın 17-də Lüksemburqda keçirilən görüşdə belə bir missiyanın yaradılması haqqında prinsipial qərar qəbul edilən zaman bu məsələ ilə bağlı səsvermədə bitərəf qalıb.

Mənbə: eadaily.com

XƏBƏR LENTİ
17.04.2024 3202

DİGƏR XƏBƏRLƏR

Loading
Top