Vladimir Putin də Türkiyəyə başsağlığı verdi - YENİLƏNİB

DÜNYA 14.11.2022 1305

Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktının faciəvi nəticələri ilə əlaqədar Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə Kremldən bildirilib.

“Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türkiyəli tərəfdaşlarımızla ən yaxın əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”, - deyə o qeyd edib.

11:35

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda baş verən terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluya başsağlığı verib.

Bu barədə o, “Twitter”də yazıb:

“İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirəm”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də İstiqlal küçəsində baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

O, İranın terror hərəkatını qınadığını deyib.

“Türkiyənin və bu ölkənin millətinin təhlükəsizliyini hədəf alan hər cür terror hərəkatını qətiyyətlə qınayırıq. Dost və qardaş Türkiyə xalqının və hökumətinin yanındayıq”, - deyə o bildirib.

İran XİN nümayəndəsi partlayışda həyatını itirənlərə rəhmət, yaralılara isə tezliklə sağalmalarını diləyib.

Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Mövzu ilə əlaqədar

Türkiyədə terror aktında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB + FOTO/VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top