ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək

DÜNYA 14.11.2022 1099

ABŞ növbəti həftələr ərzində Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək ki, bu da həcm baxımından əvvəlki ilə təxminən bərabər olacaq.

Bu barədə bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Növbəti bir neçə həftə ərzində digər bir yardım paketi olacaq. O, təxminən eyni cədvəl üzrə təqdim ediləcək, son bir neçə həftə və aylardakı miqyasda olacaq. Beləliklə, dəstəyimiz zəifləməyəcək, dəstəyimizin tezliyi və intensivliyi baxımından heç bir yayınma yoxdur”, - deyə Sallivan ABŞ liderinin Kambocadan İndoneziyaya gedən təyyarəsində brifinq zamanı bildirib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top