İranda neft emalı zavodunda güclü yanğın baş verib

DÜNYA 13.11.2022 1726

Bazar günü İranın mərkəzi hissəsində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub. Müəssisənin əməkdaşları təcili təxliyə edilib.

İlkin məlumata görə, insident zamanı 15 nəfər xəsarət alıb.

Yanğının lokallaşdırıldığı bildirilir.

Qeyd edək ki, ümumilikdə yanğının baş verdiyi ərazidə 400-ə yaxın sənaye obyekti var.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top