Evliliklərinin onuncu ildönümünü təbiətdə keçirmək qərarına gələn cütlük almaz tapdı - FOTO

DÜNYA 12.11.2022 1225

ABŞ-ın Minnesota ştatından olan cütlük evliliklərinin onuncu ildönümünü qeyd etmək üçün səyahətə çıxıblar və bu, onlar üçün düşərli olub.

Belə ki, 11 ştatı gəzən cütlük səfərlərini Arkanzas ştatının ərazisində yerləşən Almaz Krateri Dövlət Parkında yekunlaşdırmaq qərarlarına gəliblər.

Qeyd edək ki, Almaz Krateri Dövlət Parkı dünyada ictimaiyyət üçün açıq olan yeganə almaz yatağı olan ərazidir.

Parka tez-tez baş çəkən təcrübəli tapıntı həvəskarları cütlüyə almazın necə əldə etməyin yolları haqqında müəyyən məlumat veriblər.

Torpağı ələkdən keçirən cütlük qiymətli daşın üzə çıxdığını görüblər.  

Cütlük tapıntını parkın Almaz Kəşf Mərkəzinə aparıb və orada onun 1,9 karatlıq qəhvəyi almaz olduğu təsdiqlənib.

 

Mənbə: UPI

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top