Prezident: “İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir” - VİDEO

SİYASƏT 11.11.2022 2252

“Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə bir edib. Qalan iki məscid isə ciddi zərər görüb, donuz, inək saxlanılması üçün istifadə edilib. Bu, bütün müsəlman dünyasına təhqirdir”. 

Bu sözləri Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, islamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. 

Dövlət başçısı çıxışında azad edilmiş ərazilərdəki mina probleminə də toxunub:

“Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən keçən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb”.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top