Zelenski Corc Buşla görüşəcək

Sadə xəbər
DÜNYA 11.11.2022 1422

ABŞ-nin keçmiş prezidenti Corc Buş və Ukrayna Prezidenti Volodimir Zelenski arasında gələn həftə ilk dəfə onlayn formatda ictimai görüş baş tutacaq.

Görüşün məqsədi Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulamaq olacaq.

Dialoqun Dallasda açıq ictimai tədbir zamanı reallaşacağı nəzərdə tutulur.

“Ukrayna azadlıq və demokratiya uğrunda mübarizənin ön cərgəsindədir. Biz söhbət etdiyimiz müddətdə Ukrayna sözün əsl mənasında hücuma məruz qalır. ABŞ-nin Ukraynaya özünü müdafiə etmək üçün hərbi və istənilən digər yardımı həyati əhəmiyyət kəsb edir. Buş Ukraynanın dəstəklənəcəyinə inanır”, - deyə Corc Buş İnstitutunun qlobal siyasət üzrə direktoru Devid Kramer bildirib.

Mənəbə: Rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top