Avropa minlərlə miqrant axını ilə üz-üzə

DÜNYA 11.11.2022 1091

Şərqi Avropa ölkələri bu qış ukraynalı qaçqınların yeni axınına hazırlaşırlar.

Slovakiya hesab edir ki, Ukraynadakı aşağı temperatur və enerji böhranı səbəbindən yaxın aylarda yüz minlərlə insan ölkəyə gələ bilər.

Mövzu ilə bağlı hazırlanan hesabatda Slovakiya hökumətinin bu qış təxminən 700 min qaçqının ölkəyə girəcəyini proqnozlaşdırdığı bildirilir.

Avropa ölkələri yeni qaçqın böhranına hazırlaşmaq üçün qəbul mərkəzləri açıb və ərzaq ehtiyatı yığıblar.

Macarıstanda, Zahoni qəsəbəsindəki sərhəd qatar stansiyasına son həftələrdə gündə təxminən 300-500 adam gəlir.

Polşanın yerli hakimiyyət orqanlarının potensial olaraq çətin qışa və yeni qaçqın dalğasına hazırlaşmalı olduğu bildirilir.

BMT-nin məlumatlarına görə, hazırda Avropada 4,5 milyona yaxın qaçqın müxtəlif milli müdafiə proqramları çərçivəsində qeydiyyatdadır və yeddi milyona yaxın insan Ukraynada məcburi köçkün vəziyyətindədir.

Oktyabrın sonunda Ukraynanın baş nazirinin müavini İrina Vereşşuk ölkədən qaçan həmvətənlərini elektrik şəbəkəsindəki gərginliyi azaltmaq üçün yaza qədər evlərinə qayıtmamağa çağırıb.

Mənbə: Reuters

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top