Dünyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatıb

Sadə xəbər
DÜNYA 10.11.2022 1213

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük rəqəmdir.

Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

“İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu, İkinci Dünya Müharibəsindən bəri ən yüksək rəqəmdir. İnsanlar müharibələrdən, zorakılıq və hüquqlarının pozulmasından qaçır. Həmçinin bu prosesə iqlim dəyişikliyi və digər faktorlar da təsir edir”, - deyə o, bildirib.

BMT rəsmisinin sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.

Mənbə: TASS

XƏBƏR LENTİ
17.05.2025 3212

DİGƏR XƏBƏRLƏR

Loading
Top