ABŞ Gürcüstan təhsilinə böyük məbləğdə vəsait ayıracaq

Sadə xəbər
DÜNYA 09.11.2022 1452

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gürcüstanda təhsil sisteminin keyfiyyətini artırmaq məqsədi ilə bu ölkəyə 14 milyon dollara qədər vəsait ayırmağı planlaşdırır.

USAİD mütəxəssisləri qeyd edirlər ki, təhsilin keyfiyyətinə görə Gürcüstan regionun digər orta gəlirli ölkələrindən geridə qalır.

Bundan əlavə, ekspertlər hesab edirlər ki, Gürcüstanın təhsil sistemində gender stereotipləri üstünlük təşkil edir.

Məlumatda həmçinin qeyd olunur ki, ayrılan vəsait müəllim hazırlığı proqramlarının keyfiyyətini yaxşılaşdırmağa, tədris prosesində məktəb rəhbərlərinin özünü lider kimi yetişdirməyə, habelə təhsilin bir mərkəzdən asılılığını azaltmağa yönəldiləcək.

Mənbə: RT

XƏBƏR LENTİ
12.05.2025 2228

DİGƏR XƏBƏRLƏR

Loading
Top