Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını təklif etdi

DÜNYA 09.11.2022 1122

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanun layihələrini təqdim edib.

Ukrayna Prezidentinin “Ukraynada hərbi vəziyyət müddətinin uzadılması haqqında” 8189 nömrəli və “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” 8190 nömrəli fərmanlarının təsdiq edilməsi haqqında müvafiq qanun layihələri parlamentdə qeydə alınıb.

Qanun layihələrinin mətnləri hələki Radanın saytına yerləşdirilməyib.

“Qolos”dan olan xalq deputatı Yaroslav Jeleznyak öz “Telegram” hesabında bildirib ki, qərar növbəti plenar iclasda qəbul edilə bilər. O hesab edir ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün, yəni 2023-cü il fevralın 19-dək uzadıla bilər.

Mənbə: UNİAN

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top