Rusiya ABŞ-dakı aralıq seçkilərinə müdaxilə etməyə çalışır

DÜNYA 07.11.2022 1383

Amerikalı ekspertlər Rusiyanın noyabrın 8-də ABŞ-da keçiriləcək aralıq seçkilərinin nəticələrinə təsir göstərmək üçün bir neçə cəhdini müəyyən ediblər.

Bu iddia ilə “The New York Times” qəzeti çıxış edib.

Məlumata görə, tədqiqat qrupu bir müddət fəaliyyətsiz olan bir neçə sosial media hesabında Demokratlar Partiyasının mövqeyinin zəifliyi, habelə Ukraynanı dəstəkləmək üçün ABŞ vergi ödəyicilərinin vəsaitlərinin məqsədəuyğun olmayan istifadəsinə işarə edən mesajlar dərc edilməyə başlandığını qeyd edib.

“Aydındır ki, onlar demokratları Ukraynaya dəstək və maliyyə yardımı göstərmək imkanından məhrum etməyə çalışırlar”, - Pentaqonun keçmiş rəsmisi Aleks Plitses bildirib.

Nəşr iddia edir ki, 2016-cı ildə ABŞ seçkilərinə təsir göstərməyə cəhd etdiyi bildirilən bir neçə sosial media istifadəçisi avqust ayından etibarən yenidən aktivləşib və hazırda demokratların mövqeyinin ən həssas olduğu ştatları, xüsusən də Ohayo, Arizona və Pensilvaniya ştatlarını hədəfə alıblar.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri noyabrın 8-də keçiriləcək. Seçicilər ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini (435 konqresmeni) və Senatının üçdə birini seçəcəklər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top