Polşa prezidenti Aİ-ni ölkədə hakimiyyət dəyişikliyi istəyində günahlandırdı

DÜNYA 07.11.2022 1405

“Avropa Komissiyası Polşa hakimiyyətini, o cümlədən insan haqları məsələlərində güzəştə getməyə məcbur edir. Lakin Varşava artıq bununla razılaşmayacaq”.

Bunu Polşa Prezidenti Anjey Duda bəyan edib.

Siyasətçi həmçinin hesab edir ki, Avropa İttifaqı və Avropa Komissiyası ölkədə hakimiyyəti dəyişmək istəyir.

Qeyd olunur ki, söhbət həm də AK-nin qəbul etdiyi COVID-19 pandemiyasından zərər çəkmiş Polşanın bərpası planından gedir. Brüssel Varşavaya 35 milyard avro ayırmalı idi, lakin sonda Aİ-nin Polşa hakimiyyətinə qarşı iddiaları səbəbindən plan gecikmə ilə təsdiqləndi. AK söz verir ki, Varşava tələb olunan islahatlara getsə, vəd etdiyi məbləği ayıracaq.

“Artıq bu təkliflərə doğru heç bir qarşılıqlı addım atmayacağam. Bildiyimə görə, vəsaiti almaq üçün bütün şərtləri yerinə yetirmişik, xərclər planımız təsdiqlənib. Bizə düşən vəsaitin ödənilməsini gözləyirik”, - A. Duda bildirib.

Mənbə: Lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top