BMT İqlim məsələlərini müzakirəyə çıxarıb

DÜNYA 07.11.2022 1221

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi bazar günü misirin Qırmızı dəniz sahilindəki Şarm əl-Şeyx şəhərində baş tutub.

Təntənəli tədbir Şarm əl-Şeyx Beynəlxalq Konqres Mərkəzində təşkil olunub.

İlk iclas zamanı BMT Konfransına sədrlik əvvəlki İqlim Sammitinin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil verilib. Şarm əl-Şeyxdə keçiriləcək sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edib.

Noyabrın 18-dək davam edəcək forum çərçivəsində yüzlərlə tədbir keçiriləcək. Onlardan ən əlamətdarı dünya liderlərinin sammiti olacaq: İki gün ərzində - 7 və 8 noyabrda dövlət və hökumət başçıları öz ölkələrinin cari problemlərinə dair mövqelərini və baxışlarını təqdim edəcəklər.

Konfransda 120-dən çox dövlətin lideri, eləcə də müxtəlif ölkələrdən 45 minə yaxın nümayəndə, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekspertlər və jurnalistlər iştirak edəcəklər.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top