ABŞ-da tornado fəlakəti: Bir ölü, 10 yaralı

Sadə xəbər
DÜNYA 06.11.2022 1294

ABŞ-ın Oklahoma və Texas ştatlarında tornado baş verib.

Oklahomanın fövqəladə hallar idarəsinin direktoru Kodi MakDeniel bir nəfərin öldüyünü açıqlayıb.

Tornadonun böyük ziyan vurduğu 7 minə yaxın əhalisi olan İdabel rayonunda kilsə, tibb məntəqəsi və məktəb dağılıb.

ABŞ Milli Meteoroloji Xidmətinin verdiyi açıqlamaya görə, qasırğanın tüğyan etdiyi digər ştat Texas olub. Ştatın Lamar bölgəsində ən azı 50 evin dağıldığı, 2-si ağır olmaqla 10 nəfərin yaralandığı bildirilib.

Mənbə: TRT

XƏBƏR LENTİ
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top