Niderland hava limanında 100-dən çox ətraf mühit fəalı saxlanılıb

DÜNYA 06.11.2022 1193

Niderland polisi “Shiphol” hava limanında uçuş-enmə zolağına çıxan ən azı 100 ekoloji fəalı saxlayıb.

Məlumata görə, “Greenpeace” və “Extinction Rebellion” təşkilatlarının fəalları hasardan adlayaraq şəxsi təyyarələrin altında oturub və onların havaya qalxmasına mane olublar. Bəzi etirazçılar özlərini təyyarəyə zəncirləyiblər. Digərləri uçuş-enmə zolağında velosiped sürməyə başlayıblar.

Ümumilikdə aksiyada ən azı 500 nəfər iştirak edib. Polis azı 100 fəalı saxlayıb.

“Bunun nümayişlə heç bir əlaqəsi yoxdur. Belə hərəkətlər qadağandır, təhlükəlidir və cəzalandırılır”, - deyə “Shiphol”un aid olduğu Harlemmermer bələdiyyəsinin sədri Marianna Shurmans bildirib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top