Nazirlik Hövsanda onlarla ağacı kökündən çıxaran şəxslə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

CƏMİYYƏT 05.11.2022 1457

Suraxanı rayonu, Hövsan qəsəbəsində ağacların kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı sözügedən ünvanda ağacların vətəndaş Təvəkkül Astanov tərəfindən çıxarıldığı və təbiətə ümumilikdə 5 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı rayonu Hövsan qəsəbəsində torpaq sahəsi ilə bağlı baş verən münaqişəyə görə tərəflər polis orqanına dəvət olunaraq izahatları alınıb. 

Bildirilib ki, müvafiq ekspertizalar təyin edilməklə araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Suraxanı rayonu Hövsan qəsəbəsində ərazidə əkilən 200-ə yaxın ağacdan 38-i kökündən çıxarılaraq kənara atılması barədə noyabrın 4-də məlumat vermişdik.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top