İsveçrə prezidenti Rumıniyaya rəsmi səfərini təxirə saldı

Sadə xəbər
DÜNYA 04.11.2022 1151

İsveçrə Prezidenti İnyasio Kassis Rumıniyaya rəsmi səfərini təxirə salıb.

Bu barədə İsveçrənin Buxarestdəki səfirliyi məlumat yayıb.

“İsveçrə Prezidenti İqnazio Kassis iş gündəliyinə aid gözlənilməz və təxirəsalınmaz səbəblərə görə noyabrın 3-də Rumıniyaya planlaşdırılan səfərini son anda təxirə salmaq məcburiyyətində qalıb”, - deyə məlumatda bildirilib.

Həmçinin, İsveçrə prezidentinin bu qərardan dərin təəssüf hissi keçirdiyi vurğulanıb.

Xatırladaq ki, İsveçrə prezidenti Buxarestdə rumınilyalı həmkarı Klaus İohannis, baş nazir Nikolae Çuka, həmçinin Deputatlar Palatasının və Senatın spikerləri ilə görüşlər keçirməli idi.

Mənbə: rossaprimavera.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top