Haber Global: “Ermənistan və Fransanın işğal siyasətindəki paralellər” - VİDEO

Manşet
SİYASƏT 04.11.2022 1786

Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq kimi dəvət edildiyi Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına qatılmaq üçün Əlcəzairə səfər edib.

Bu barədə Türkiyənin Haber Global telekanalının hazırladığı süjetdə məlumat verilib.

Bildirlib ki, tədbirin açılış mərasimində çıxış edən dövlət başçısı Ermənistanın Qarabağdakı işğal siyasətilə Fransanın Əlcəzairdə törətdiyi müharibə cinayətləri arasında paralellər aparıb. Prezidenti İlham Əliyev Ermənistanın bu yaxınlaradək işğal altında qalan Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırdığını, eyni zamanda vaxtilə Fransanın da Əlzəcairə qarşı analoji üsuldan istifadə etdiyini bəyan edib və dünya birliyinin Fransanın müharibə cinayətlərini əsla unutmamalı olduğunu xatırladıb.

Daha ətraflı Haber Global-ın videomaterialında:

XƏBƏR LENTİ
12.05.2025 2279

DİGƏR XƏBƏRLƏR

Loading
Top