İran yeraltı hərbi bazadakı PUA-larını göstərdi – VİDEO

DÜNYA 26.08.2022 1234

İran ordusu ümummilli PUA təlimi zamanı yeraltı hərbi bazada yeni dron modellərini nümayiş etdirib.

Vitse-admiral Mahmud Musəvi qeyd edib ki, təlim zamanı “Kaman”, “Mohajer”, “Ababil”, “Karrar” və “Bavar” pilotsuz uçuş aparatları İran silahlarından, o cümlədən Qaem bombaları, Almas raketləri və MK-82 bombalarından komanda mərkəzlərindən tutmuş, yanacaq çənləri, sursat anbarları, radarlar və raket sistemləri, nəzarət və son nöqtələrə qədər mövqeləri vurmaq üçün istifadə edib.

Təlimin ikinci günündə Musəvi “həssas və həyati əhəmiyyətli” obyektlərdən modelləşdirilmiş bir sıra saxta hədəflərin real silahlarla məhv edildiyini bildirib.

O, bəyan edib ki, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən idarə olunan müxtəlif növ hərbi PUA-lar ölkənin demək olar ki, bütün ərazisini və strateji obyektlərini, o cümlədən cənub sularını əhatə edən təlim bölgəsində təyin olunmuş hədəfləri vurub.

Mənbə: iranintl.com

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top