Rusiyada mikroavtobusla yük maşınları toqquşdu: 15 nəfər öldü - VİDEO

DÜNYA 21.08.2022 1262

Ulyanovsk vilayətinin Nikolaev rayonunda mikroavtobus və iki yük maşınının iştirakı ilə qəza baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ulyanovsk vilayəti üzrə Baş İdarəsi bildirib.

Hadisə nəticəsində, ilkin məlumatlara görə, 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qəza günorta saatlarında M5-Ural avtomobil yolunda baş verib.

İlkin versiyaya görə, avtomobillərdən birinin sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada mikroavtobusa çırpılıb.

Hazırda polis hadisənin bütün təfərrüatlarını müəyyənləşdirir.

Mənbə: news.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top