Özbəkistanda avtobus partladı, ölənlər var

Sadə xəbər
DÜNYA 18.08.2022 1291

Özbəkistanda avtobusda qaz balonu partlayıb. Nəticədə altı nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Agentliyin məlumatına görə, hadisə Sırdərya rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib. Yerli sürücülük məktəbinə məxsus “İsuzu” markalı avtobusda qaz balonlarından biri partlayıb.

Hadisə avtobusa metan yanacaq doldurarkən baş verib.

Mənbə: TASS

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top