Öz Ayı olan yeni asteroid kəşf edildi

Sadə xəbər
DÜNYA 18.08.2022 1270

NASA-nın “Lusi” missiyasının elmi qrupu troyan asteroidi “Polymela”nın öz təbii peyki olduğunu aşkar edib.

Yeni kəşf bir ulduzun asteroid tərəfindən tutulması sayəsində edilib.

Tədqiqatçılar ulduz tutulması zamanı peşəkar və həvəskar astronomlardan ibarət 26 komandanın Yer kürəsinin müxtəlif nöqtələrindən apardıqları müşahidələrin məlumatlarını təhlil ediblər. Bu, yüksək dəqiqliklə asteroidin yerini, ölçüləri və formasını müəyyən etməyə imkan verib.

Bununla belə, ekspertlər qeyd ediblər ki, iki halda asteroiddən 200 kilometr aralıda yerləşən obyekt aşkar edilib və ehtimal ki, bu onun peykidir.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top