Krımda partlayışlar baş verdi - VİDEO

Sadə xəbər
DÜNYA 16.08.2022 1084

Krımın Cankoy rayonunda avqustun 16-da səhər saatlarında partlayış səsləri eşidilib. Ardınca yanğın müşahidə olunub.

Yerli sakinlər partlayış səsləri eşidiblər. Qara tüstü ərazinin müxtəlif nöqtələrindən görünüb.

İlkin məlumata görə, Cankoy transformator yarımstansiyasında yanğın və Mayskoye kəndindəki silah-sursat anbarında partlayış baş verib.

Fövqəladə hallar xidmətindəki mənbələr bu məlumatı təsdiqləyiblər.

Yerli sakinlər transformator yarımstansiyasının ərazisində baş verən yanğının videosunu yayıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top