İsraildə atışma zamanı 7 nəfər yaralanıb - VİDEO

Sadə xəbər
DÜNYA 14.08.2022 1276

İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub.

Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet polisə istinadən qeyd edir ki, hadisə terror aktı kimi qiymətləndiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top